İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinə yaxın German Qrefin Lüksemburqda investisiya fonduna sahib olduğu ortaya çıxdı

Rusiyanın ən böyük maliyyə qurumlarından sayılan “Sberbank”ın rəhbəri German Qref Lüksemburqun “Altera Capital” investisiya fondunun sahibidir, onun ümumi məbləği müxtəlif illərdə 500 milyon dollara çata bilər. Rəsmi olaraq struktura Rusiya hökuməti aparatının keçmiş rəhbəri, Qrefin keçmiş həmkarı Kirill Anrosov rəhbərlik edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Proyekt” saytının araşdırmasında deyilir.

Jurnalistlər əllərində olan sənədləri təhlil edərək “Altera Capital”ın rəhbərləri arasında Almaniya və İsveçrə vətəndaşı Filip Kindtin olduğuunu ortaya çıxarıblar. Bu adam vaxtilə Qreflə çalışıb və sonradan onun dostu olub.

“Proyekt” araşdırmaçıları “Altera Capital”ın sahibi kimi “Swiss Life” sığorta şirkətinin olduğunu üzə çıxarıblar. “Swiss Life” “Evolution Trust” adlı trast fondu ilə bağlıdır ki, onun da əsas benefisiarı Yevgeni Novitskidir. Nəşrin həmsöhbətləri onu Qrefin sirdaşı adlandırırlar. Daha sonra Kirill Androsov ofşor şirkət vasitəsilə fondun sahibi olub.

Araşdırmaçılar Androsovun vəsiyyətini də öyrənməyə nail olublar. Orada deyilir ki, “Altera Capital”a məxsus olan ofşorun 80%-i Androsovun ölümü halında başqa ofşora – “Halco”ya keçir. “Halco” isə məhz Qref ailəsinə aiddir.

Araşdırma müəllifləri, Qrefin illik gəlirinin 16 milyon dollar ola biləcəyini güman edirlər. Lakin bu trestlərdə toplanmış kapital üçün kifayət etmir.

German Qref 2007-ci ildə “Sberbank”ın prezidenti və idarə heyətinin sədri olub. 2019-cu ilin may ayında səhmdarlar onu dördüncü müddətə yenidən seçiblər.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun məlumatına görə, 2011-ci ildə Gref Sinqapurda 55 milyon dollardan çox ailə aktivlərini idarə edən “Angelus Trust”ı yaradıb. 2017-ci ildə onun İsveçrədə yaşayan qardaşı oğlu Oskar Angelus həmin şirkətin meneceri və benefisiarına çevrilib. Sonra aktivlər “Angelus One Trust”da yenidən qeydiyyata alınıb və 2018-ci ildə Androsova məxsus şirkətlərə verilib.

“Sberbank” rəhbəri Rusiyanın Ukraynaya hücumuna görə ABŞ, Aİ və Böyük Britaniyanın sanksiyaları altındadır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR