Onlayn ictimai-siyasi qəzet
“ABŞ prezidenti Tramp Avropanın elitalarını sıraya salacaq. Tezliklə onların hamısı sahiblərinin ayağına düşüb, quyruqlarını bulayacaqlar”.
Musavat.com xəbər verir ki, Trampla görüşmək planı olan Rusiya lideri Vladimir Putin bu mesajı Avropaya verib.
Trampın rəftarını və qətiyyətini tərifləyən Putin avropalı siyasətçilərin köhnə keyfiyyətlərini itirdiklərini, savadsız olduqlarını və nə etdiklərini bilmədən hərəkət etdiklərini qeyd edib.
Putin Avropa elitalarını “Avropa vətəndaşlarının maraqları üçün bəla” adlandırıb.
O, əvvəllər Vaşinqtonun istəklərini problemsiz yerinə yetirən ölkələrin Trampı bəyənmədiyini və buna görə də seçki prosesinə təsir göstərməyə çalışdıqlarını iddia edib.
“Onlar Trampın qalib gələcəyini gözləmirdilər, çaşqınlıq içində idilər” - Putin deyib.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ