Onlayn ictimai-siyasi qəzet
Rusiya Baş Qərargah və Müdafiə Nazirliyi hazırda Ukrayna ərazisində "Oreşnik" raket kompleksi ilə vurulacaq hədəfləri müəyyənləşdirir.
Musavat.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Astanada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində bildirib.
O əlavə edib ki, Kiyevdə qərar qəbul edən mərkəzlər "Oreşnik" raketlərinin hədəfi ola bilər.
Məlumata görə, Putinin açıqlamaları Moskvanın Ukraynada yeni və daha sərt taktikalara keçəcəyinə işarə kimi görünür.
Qeyd edək ki, "Oreşnik" raket sistemi Rusiya hərbi sənayesinin inkişaf etdirdiyi ən son texnologiyalardan biridir. Bu kompleks yüksək dəqiqliyi və strateji hədəflərə qarşı effektivliyi ilə tanınır.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ