Onlayn ictimai-siyasi qəzet
Putin Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovu Aleksandr Nevski ordeni ilə təltif edib.
Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsində böyük töhfəsinə və uzun illər vicdanlı diplomatik xidmətinə görə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail İvanoviç Yevdokimov Aleksandr Nevski ordeni ilə təltif edilsin", - sərəncamda deyilir.
Bundan əlavə, Putin Rusiya Xarici İşlər Nazirliyinin Afrika departamentinin direktoru Vsevolod Tkaçenkonu “Dostluq” ordeni ilə təltif edib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ