İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən məmurlara əmr: Yerli avtomobilə keçin

Rusiya prezidenti Vladimir Putin məmurların yerli avtomobillərdən istifadə etməsini nəzərdə tutan əmr imzalayıb.

Müsavat.com Kremlin saytına istinadən xəbər verir ki, dövlət başçısı fevralın 1-dək bu məsələ ilə bağlı məruzə gözləyir. Bu göstəriş regionların hakimiyyət orqanları ilə birlikdə və Prezident Administrasiyasının iştirakı ilə hökumətə ünvanlanıb. “Dövlət və bələdiyyə işçiləri tərəfindən rəsmi məqsədlər üçün yüksək dərəcədə lokallaşdırılmış Rusiya nəqliyyat vasitələrinin prioritet istifadəsinə yönəlmiş tədbirlər görülsün. Hesabat 2024-cü il fevralın 1-nə qədərdir”, - təlimat siyahısında deyilir.

Avqustun 3-də istehsal müəssisələrinin rəhbərləri ilə görüşdə Putin deyib ki, idarələr xaricdə istehsal olunan avtomobillərin alınmasının davam etdirilməsi imkanını xahiş ediblər, lakin o cavab verib ki, “bunu tamamilə istisna etmək lazımdır və ölkənin bütün məmurları yerli avtomobillərdən istifafə etməlidir”.

Rusiya Sənaye və Ticarət Nazirliyindən TASS-a bildirilib ki, rus avtomobil istehsalçıları dövlət qurumlarının avtomobillərə olan ehtiyacını ödəyə biləcək imkanındadır. “Aurus”, “Avtovaz” və “Moskvich” şirkətləri dövlət sektoru üçün avtomobillərə olan tələbatı ödəmək üçün kifayət qədər istehsal gücünə malik olduqlarını bildiriblər. Öz növbəsində Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, deputatlar bu markalı avtomobillərdən istifadə etmək niyyətindədirlər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR