İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən Alyaska səfəri ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI - VİDEO

Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla görüşdüyü Alyaska səfərini vaxtında və faydalı adlandırıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə o, Rusiya-Amerika danışıqlarından sonra prezident administrasiyası, hökumət, Dövlət Duması, nazirlik və idarələrin rəhbərliyi ilə görüşdə bildirib.

“Dərhal qeyd etmək istərdim ki, səfər həm vaxtında, həm də çox faydalı oldu. Biz qarşılıqlı fəaliyyətimizin demək olar ki, bütün sahələrini müzakirə etdik. Lakin ilk növbədə, əlbəttə ki, Ukrayna böhranının ədalətli əsaslarla mümkün həlli barədə danışdıq”, – Rusiya lideri deyib.

Danışıqların yekunu üzrə mətbuata açıqlamasında Rusiya lideri bildirib ki, Ukrayna münaqişəsinin həlli ötən sammitin əsas mövzusu olub. O həmçinin ikitərəfli münasibətlərdə səhifəni çevirməyə və əməkdaşlığa qayıtmağa çağırıb, Trampı Moskvaya dəvət edib.

ABŞ prezidenti Donald Tramp isə öz növbəsində danışıqlarda əldə olunan irəliləyişləri açıqlayıb, lakin vurğulayıb ki, tərəflər hər şeydə razılığa gələ bilməyiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR