İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin yenə Si Cinpinə “Sibirin gücü-2”dən danışdı, amma...

Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin iki ölkənin məsul şirkətlərinə “Sibirin Gücü 2” vasitəsilə qaz tədarükü şərtlərini “mümkün qədər tez” razılaşdırmağı tapşırıblar.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

Rusiya prezidenti ilə Çin Xalq Respublikasının sədri arasında görüş iyulun 3-də Astanada ŞƏT sammiti çərçivəsində baş tutub. Bundan sonra Novak jurnalistlərə deyib ki, “Sibirin Gücü 2” layihəsi məsələsi də “müzakirə edilib və dəstəklənib”: "Bunun mümkün qədər tez yerinə yetirilməsi üçün şərtlər və parametrlər üzrə razılıq əldə etmək üçün işlər davam etdiriləcək".

Novak müqavilənin imzalanması və ya tədarükün başlanması vaxtına dair hər hansı məlumat açıqlamayıb: “Heç kim müqavilənin imzalanma tarixindən danışmır, çünki hazırda danışıqlar prosesidir.” Onun sözlərinə görə, kəmərlə qaz nəqlinin başlama vaxtı "iki ölkə, iki şirkət arasında danışıqların mövzusudur".

Putin Astanada Monqolustan Prezidenti Uxnaqiyn Xurelsux ilə də ikitərəfli görüş keçirib. Novak onun nəticələri barədə məlumat verib: “Biz Monqolustan tərəfi ilə Monqolustan ərazisindən “Sibirin Gücü 2” qaz kəmərinin çəkilməsi və qaz təchizatı sxeminin işlənib hazırlanmasında iştirak məsələlərini müzakirə etdik”.

“Sibirin Gücü 2” layihəsi Monqolustan vasitəsilə Çinə 50 milyard kubmetrə qədər qaz tədarükünü nəzərdə tutur. Son 5 ildə Rusiya dəfələrlə onun tikintisi ilə bağlı Çindən prinsipial razılaşma almağa çalışsa da, Pekin hələlik layihəyə elə də isti yanaşmır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR