İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Xameneidən xahiş edib ki... - ŞOK DETALLAR AÇIQLANDI

Rusiya prezidenti Vladimir Putin İranın ali dini lideri Ayətullah Əli Xameneidən HƏMAS lideri İsmayıl Haniyəyə qarşı sui-qəsd cəhdinə cavab olaraq İsrailə təmkinlə cavab verməsini xahiş edib.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” İslam Respublikasındakı mənbələrə istinadən məlumat yayıb.

Mənbələr qeyd ediblər ki, bu mesajı Xameneiyə Tehrana səfər edən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu çatdırıb.

Bundan əvvəl “The New York Times” öz mənbələrinə istinadən yazıb ki, İran nümayəndələri Şoyqunun səfəri zamanı İsraillə mümkün birbaşa toqquşmaya hazırlıq məqsədilə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri istəyiblər. Qəzet hərbi planlaşdırmadan xəbəri olan iranlı rəsmilərə istinadən yazır ki, Tehran Moskvaya müvafiq tələb irəli sürüb və Rusiya da artıq qabaqcıl radarlar və hava hücumundan müdafiə sistemlərini İrana tədarük etməyə başlayıb. Bu prosesin sübutu kimi son günlərdə Rusiyaya məxsus hərbi yük təyyarələrinin İrana uçuşlarının kəskin intensivləşməsi göstərilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR