İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin və Zelenski İstanbulda görüşə bilər

Rusiya İstanbuldakı görüşdə Ukraynanın təklif etdiyi sülh müqaviləsi layihəsini Krım məsələsi istisna olmaqla, şifahi olaraq qəbul edib.

Musavat.com-un xəbərinə görə, bu barədə Ukraynanın danışıqlar nümayəndə heyətinin rəhbəri David Araxamia milli marafonun efirində bildirib.

Bundan əlavə, Araxamia bildirib ki, Rusiya tərəfi sənədlərin layihələrinin prezident Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında birbaşa məsləhətləşmələr aparmaq üçün kifayət qədər işlənib hazırlandığını təsdiqləyib.

O qeyd edib ki, görüşün İstanbulda keçirilməsi ehtimalı yüksəkdir. İndi qrupların vəzifəsi sənədin özünün deyil, artıq toxunulmuş məsələlərin yekun mərhələsini işləyib hazırlamaq və prezidentlərin mümkün görüşünü reallaşdırmaqdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR