İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin üçün CƏHƏNNƏM BAŞLADI: Rusiyaya qarşı AMANSIZ HÜCUM, Amerika SON SÖZÜNÜ dedi – CANLIda

AB hərbi-sənaye kompleksində investisiyaların və hərbi istehsalın artırılması üçün Ukraynanı dəstəkləmək və ABŞ-ın Avropa təhlükəsizliyinin təmin edilməsində rolunu minimuma endirmək məqsədi daşıyan böyük layihəyə başlayır.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri müdafiə üzrə “Ağ kitab” layihəsinə istinadla məlumat yayıb.

Məlumata görə, sənəd Avropanın müdafiə üzrə komissarı Andrius Kubilius və Avropa diplomatiyasının rəhbəri Kaya Kallas tərəfindən hazırlanıb və gələn həftə AB liderlərinə təqdim olunacaq.

AB-nin yeni müdafiə siyasətinin əsas elementlərinə üzv ölkələr və üçüncü ölkələrin şirkətləri tərəfindən silah istehsalının stimullaşdırılması, həmçinin birgə silah alışı və müdafiə layihələrinin sadələşdirilmiş maliyyələşdirilməsi daxildir.

Sənəddə bildirilir ki, Avropa hərbi-sənaye kompleksinin bərpası AB-nin icma daxilində istehsal olunan müdafiə təyinatlı məmulatlarının prioritet qaydada alınmasının imkanını nəzərdən keçirməlidir.

Bütövlükdə sənəd hava və raket hücumundan müdafiə, artilleriya sistemləri, döyüş sursatı və raketlərin istehsalı, PUA-ların dizaynı, hərbi mobilliyin inkişafı, müdafiədə yüksək texnologiyaların tətbiqi və mühüm infrastrukturun mühafizəsi daxil olmaqla, yeddi əsas investisiya sahəsini əks etdirir.

Sənədə əsasən, Rusiya AB üçün ekzistensial təhlükədir və buna görə də blok Ukraynada sülh əldə edildikdən sonra da Moskvanı cilovlamağa yönəlmiş siyasəti davam etdirmək niyyətindədir. Hazırda Brüsselin əsas vəzifəsi Kiyevə dəstəyi davam etdirməkdir.

“Ağ kitab”da həmçinin Kiyevə yardım göstərmək üçün bir sıra əsas tədbirlər, o cümlədən 1,5 milyon artilleriya mərmisi və hava hücumundan müdafiə sistemlərinin tədarükü, AB ölkələri tərəfindən ukraynalı hərbçilərin təliminin davam etdirilməsi, Ukrayna hərbi-sənaye kompleksi məhsullarının alınmasının təşkili öz əksini tapıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR