Onlayn ictimai-siyasi qəzet
Peyk görüntülərini və ictimaiyyətə açıq məlumatları təhlil edən OSINT tədqiqatçısı Jompy bildirib ki, Rusiya ordusu Ukraynaya qarşı müharibədə zirehli texnikasının və artilleriyasının yarısından çoxunu itirib.
Musavat.сom xəbər verir ki, tədqiqatçının qiymətləndirməsinə görə, rus ordusu müharibə üçün 7 342 tankdan yalnız 4 799-un bərpasını həyata keçirib, anbarlarda əvvəlki ehtiyatın cəmi 19%-i qalıb.
Ən çox istifadəyə çıxarılan tanklar T-80B/BV (1 409 ədəd), T-72B (1 251 ədəd) və T-62 (1 048 ədəd) olub. Daha müasir modellərin bərpası isə xeyli ləng gedir.
Oxşar vəziyyət piyada döyüş maşınları ilə də müşahidə olunur: 7 121 BMD-1/2/3-dən 4 999 ədəd bərpa edilib ki, bu da yalnız 16%-ə bərabərdir.
Artilleriya sistemlərinin sayı da ciddi şəkildə azalıb. Müharibədən əvvəl 23 602 ədəd olan (minomyotlar və zenit artilleriyası daxil olmaqla) artilleriya anbarlarda təxminən 39% səviyyəsində qalıb, 14 486 ədəd bərpa olunub. Xüsusilə reaktiv artilleriyada itkilər nəzərə çarpır. Jompy hesab edir ki, 1 583 sistemdən yalnız 18%-i anbarlarda qalıb.
Zirehli transport vasitələrinin anbarları da əhəmiyyətli dərəcədə boşalıb. Müxtəlif tipli 11 198 BTR-dən 6 161 ədəd döyüşə cəlb olunub, anbarlarda təxminən 39% texnika qalıb. İstifadəyə çıxarılan maşınlar arasında BTR-60/70/80, BTR-50, BRDM-2, MT-LB və MT-LBu yer alır.
Tədqiqatçı qeyd edir ki, ehtiyatların belə geniş miqyasda azalması təəccüblü deyil. Rusiya ordusu müxtəlif tipli döyüş maşınlarında, ilk növbədə, pilotsuz təyyarələrin zərbələri nəticəsində əhəmiyyətli itkilər verir.
Musavat.com
09 Oktyabr 2025
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ