İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin-Tramp görüşü ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI: Bu gün...

Rusiya və ABŞ liderlərinin görüşü barədə konkret razılıq əldə olunmayıb.

Musavat.com xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, bu məsələ hələlik müzakirə mərhələsindədir və bu günün sonunda daha dəqiq nəticələr məlum ola bilər.

Qeyd edək ki, bu gün Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar aparılır. Tərəflər Ukrayna böhranı və iqtisadi əməkdaşlığın bərpası məsələlərini müzakirə edirlər. Görüş çərçivəsində Putin və Trampın mümkün görüşü də gündəmdədir.

Rusiyanı görüşdə xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev təmsil edir. ABŞ tərəfindən isə dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Mayk Uolts və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoff iştirak edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR