İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin-Tramp danışıqlarından sonra Rusiya Ukraynaya 150 dronla hücum etdi – Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın söhbətindən sonra Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji və nəqliyyat obyektlərinə hücum edərək 150 dron buraxıb.

"Putinin sözləri reallıqla üst-üstə düşmür," – deyə Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə keçirdiyi mətbuat konfransında bildirib.

Musavat.com Ukrayna liderinin digər açıqlamalarını təqdim edir:

  • Təhlükəsizlik təminatları mütləq olmalıdır ki, müharibə yenidən başlamasın;
  • Mən inanıram ki, bu il müharibə ləyaqətli sülhlə başa çata bilər;
  • Ukrayna üçün öz torpaqlarının Rusiya tərəfindən tanınması "qırmızı xətt"dir, biz buna getməyəcəyik;
  • Biz olmadan bu müharibəni ədalətli sülhlə bitirmək mümkün deyil;
  • Zelenski bu gün Tramp ilə telefon danışığı aparacaq və gələcək addımları müzakirə edəcək;
  • O, Trampdan Putinlə danışıqlarının detallarını şəxsi görüş zamanı öyrənəcəyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR