İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin təyyarə qəzası ilə bağlı bəyanat verməyi planlaşdırmır – Peskov

Rusiya Prezidenti Vladimir Putin AZAL-ın təyyarə qəzası ilə bağlı bəyanatla çıxış etməyi planlaşdırmır.

Musavat.com xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

"Xeyr, təyyarə qəzası mövzusunda çıxış planlaşdırılmır", – deyə Peskov bildirib.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR