Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Suriya dövlət başçısı Əhməd əş-Şaraaya məktub göndərib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Kreml nümayəndəsinin sözlərinə görə, Putin məktubunda Suriyanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünün təmin edilməsi naminə vəziyyətin tez bir zamanda sabitləşdirilməsi istiqamətində göstərilən səyləri dəstəklədiyini ifadə edib.
Musavat.com
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ