İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin “Şimal axını” kəmərindəki təxribatda ABŞ-ı günahlandırdı

Rusiya Prezidenti Vladimir Putin “Şimal axını” qaz kəmərində təxribatın baş verməsində ABŞ-ı günahlandırıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, Putin bu barədə Rusiya Enerji Həftəsinin plenar iclasında çıxışında danışıb.

O, “Şimal axını”nda təxribatın təşkilatçıları haqqında danışarkən hadisənin arxasında kimlərin dayandığının aydın olduğunu söyləyib.

“Mədəni şirkətlərdə deyildiyi kimi, “highly likely”, bunun arxasında kimin durduğu məlumdur”, - deyib.

Putinin sözlərinə görə, baş verənlərdən əsas xeyri ABŞ götürüb və hazırda enerji resurslarını yüksək qiymətlərlə satır.

Putin “Şimal axını”ndakı təxribatı beynəlxalq terror aktı adlandırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR