İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin: "Sadəcə Tramp ilə görüşmək kifayət deyil..."

Rusiya Prezidenti Vladimir Putin, Sankt-Peterburqda pilotsuz uçuş aparatları zavoduna səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən Rusiya və ABŞ-ın dialoq üçün vasitəçilərə ehtiyac duymadığını bildirib.

Musavat.com bildirir ki, onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp əvvəlcə Ukrayna münaqişəsini tez həll edəcəyini vəd edib, lakin prezident kürsüsünə keçdikdən sonra aldığı məlumatlar nəticəsində mövqeyini dəyişib. Putin bunun təbii proses olduğunu vurğulayıb.

“Sadəcə Tramp ilə görüşmək kifayət deyil, Ukrayna da daxil olmaqla ən vacib məsələlərin üzərində işləmək lazımdır”, – deyə Rusiya lideri qeyd edib. O bildirib ki, Ər-Riyaddakı ABŞ-Rusiya danışıqlarının əsas məqsədi iki ölkə arasında etimadın bərpası olub:

“Əgər etimad səviyyəsini artırmasaq, bir çox məsələləri, o cümlədən Ukrayna münaqişəsini həll etmək mümkün olmayacaq.”

Putin həmçinin vurğulayıb ki, Moskva və Vaşinqton enerji bazarlarında, kosmosda və digər sahələrdə əməkdaşlığı bərpa etmək üçün ilk addımı atıb və qarşılıqlı maraq olan sahələrdə, o cümlədən Yaxın Şərqlə bağlı müzakirələr aparılır.

Rusiya lideri Avropa və Ukrayna ilə dialoqdan imtina etmədiklərini, lakin Avropa İttifaqının özü Moskvaya qarşı münasibətləri dondurduğunu, Kiyevin isə hətta Rusiya ilə danışıqları qanunvericilik səviyyəsində qadağan etdiyini bildirib.

“Bütün Avropa liderləri ABŞ-dakı seçki kampaniyasına birbaşa müdaxilə edirdi, hətta təhqir səviyyəsinə qədər gedib çıxırdılar. Biz isə nə Avropanın işlərinə, nə də ABŞ seçkilərinə qarışmırıq. Tramp isə hələ də çox nəzakətli davranır”, – deyə Putin əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR