İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Kadırovu qəbul etdi: Bir ayda 3 dəfə öldü xəbəri yayılmışdı - VİDEO

Rusiya prezidenti Vladimir Putin bu gün 3 dəfə ölüm xəbəri yayılan Çeçenistan rəhbəri Ramzan Kadırovu qəbul edib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, görüşdə Putin çeçen rəhbərinin və onun komandasının “regionun dinamik inkişafına verdiyi şəxsi töhfəni” müsbət qiymətləndirib.

Putin respublikadan cəbhə xəttində qəhrəmancasına döyüşən Şimal Hərbi Dairəsinin əsgərlərinə xoş arzularını çatdırıb: “Mən bilirəm ki, siz hər zaman bu məsələlərlə şəxsən məşğul olursunuz, o cümlədən cəbhə xəttində döyüşən, inamla, yaxşı, cəsarətlə, qəhrəmancasına döyüşən oğlanlarımızın ailələrinə dəstək verirsiniz”.

O, əlavə edib ki, döyüşçülərin digər bölmələrlə “çox yaxşı əlaqələri”ndən məmnundur. O, komandirlərdən birindən çeçenistanlıların necə döyüşdüyünü soruşduğunu da deyib: “Cavab elə o dəqiqə oldu: onlar sizi ruhdan salmayacaqlar, mən onlara tam əminəm. Bu, çox şey deyir. Bu, faktiki olaraq döyüş əməliyyatlarında iştirak edən komandirlərə verilən qiymətdir”.

Kadırov isə Putini əmin edib ki, dövlət başçısının tapşırığı 100 faiz yerinə yetiriləcək.

Xatırladaq ki, avqustun sonlarından indiyədək 3 dəfə Kadırovun öldüyünə dair məlumatlar yayılıb. Onun zəhərlənmə səbəbilə böyrəklərinin iflas etdiyi bildirilir. Kadırov özü bir neçə gün əvvəl “hamı xəstələnə bilər” deməklə səhhətində problem yarandığını etiraf edib.

@@TVmusavat/69714@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR