Onlayn ictimai-siyasi qəzet
"Rusiya Azərbaycanla münasibətləri gərginləşdirməklə özü bölgədə xaos yaradır. Kremlin Cənubi Qafqazın aparıcı dövləti ilə münasibətləri gərginləşdirməsi, mövcud vəziyyətdən çıxış yolları axtarmaması düşünülmüş planın tərkib hissəsinə oxşamağa başlayıb".
Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, Rusiya prezidenti Vladimir Putin gərginliyə anında son verə bilər, ancaq görünür, o, bunu istəmir:
"Türkiyə bir neçə il əvvəl onun hava sərhədini pozan Rusiyanın hərbi təyyarəsini vurduqdan sonra iki dövlət bir müddət küsülü qaldı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarına üzrxahlıq məktubu göndərdi və iki dövlət arasında normallaşma bərpa olundu.
İndi eynisini Vladimir Putin Azərbaycana münasibətdə etmək istəmir. Belə olan halda Putin Azərbaycana qarşı təzyiq siyasətinə üstünlük verəcək, bu proses artıq qara təbliğat vasitəsilə başlayıb. Rəsmi Bakı bunu cavabsız qoymayaraq adekvat addımlar atır.
Rusiya prezidenti Böyük Vətən müharibəsinin bitməsinin 80 illiyi ilə bağlı 9 mayda Moskvada keçiriləcək tədbirə Ermənistanın baş naziri Nikol Paşinyanı dəvət edib. Rusiyaya tərəfdaş olan ölkələrin liderlərinin bir qismi də dəvətlidir.
Münasibətlərin indiki vəziyyətində Azərbaycan Prezidentinin tədbirdə iştirakı mümkün deyil".
Xalidə Gəray
Musavat.com
11 Fevral 2025
10 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ