İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin İstanbul razılaşması dediyi sənəddə nələr vardı?

“İstanbul razılaşmaları masanın üstündədir və Ukrayna ilə bağlı danışıqlar üçün əsas ola bilər”.

Musavat.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Astanada keçirilən ŞƏT-in toplantısındakı çıxışında deyib.
“Bu razılaşmaları Ukrayna nümayəndə heyətinin rəhbəri paraflayıb, bu, Kiyev üçün kifayət qədər uyğun idi. Bu razılaşmalar masa üzərində qalır və bu danışıqların davam etdirilməsi üçün əsas kimi istifadə oluna bilər”, - deyə o bildirib.

Qeyd edək ki, bugünlərdə “New York Times” (NYT) 2022-ci ildə Rusiya-Ukrayna arasında İstanbul danışıqlarında razılaşdırıldığı iddia edilən sülh müqaviləsi layihəsini dərc edib. Sənədlər 2022-ci ilin martından aprel ayına kimi müzakirə olunub.

Birinci sənəd Ukraynanın Qərb ölkələrinə göndərdiyi 17 mart müqaviləsinin ingilis dilində olan variantıdır. Həmin sənəddə Ukrayna növbəti hücum halında müttəfiqlərinin onun müdafiəsinə qalxacağına (o cümlədən hava məkanını bağlayaraq) və müqavilənin Ukraynanın “beynəlxalq səviyyədə tanınmış sərhədlərinə” şamil ediləcəyinə dair təhlükəsizlik zəmanəti istəyi razılaşdırılıb. 

451ea8500bfda86f9089c5fd9015e4c2.jpg (350 KB)

Rusiya isə 2014-cü ildən tətbiq edilən sanksiyaların ləğvini, Krımın Rusiyanın bir hissəsi kimi tanınmasını və Ukraynanın Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədləri daxilində Donetsk və Luqansk xalq respublikalarının müstəqilliyinin tanınmasını, habelə nasizmin və neonasizmin hər hansı formada təbliğinin, o cümlədən xatirə abidələrinin demontaj edilməməsini, küçələrin adlarının dəyişdirilməməsini istəyib.

Həmin layihədə Ukrayna silahlı qüvvələrinin sayına və ölkənin arsenalında ola biləcək tankların, artilleriya batareyalarının, döyüş gəmilərinin və döyüş təyyarələrinin sayına məhdudiyyətlər qoyulmasına razılaşıb.

Nəşr yazır ki, bu sənəd layihəsindən ABŞ hakimiyyəti təşvişə düşüb. Yüksək rütbəli amerikalı məmur ukraynalı həmkarlarına “bu, birtərəfli tərksilahdır” deyib. (Putin də ŞƏT-dəki çıxışında deyib ki, Böyük Britaniya və Vaşinqton sənədin imzalanmasına razı olmayıblar).
Bir neçə gün sonra, martın 29-da Rusiya və Ukrayna nümayəndələri İstanbulda görüşüblər. Qəzetin yazdığına görə, bu görüşdə Rusiya razılaşmanı İstanbul Kommünikesi adlı iki səhifəlik sənəddə ümumiləşdirib.

Həmin kommünikeyə görə, Krımın statusunun 10-15 il ərzində müəyyən ediləcəyi, Ukrayna isə yarımadanı güc yolu ilə qaytarmağa cəhd etməyəcəyinə söz verib.

Ukraynanın təhlükəsizlik təminatı verəcək bura bir sıra ölkələr - Böyük Britaniya, Çin, Rusiya, ABŞ, Fransa, Türkiyə, Almaniya, Kanada, İtaliya, Polşa və İsrail Ukraynaya təcavüz, hər hansı silahlı hücum və ya hərbi əməliyyat durumunda təcili məsləhətləşmələrdən sonra Ukraynaya hərtərəfli yardım göstərəcəyi ilə razılaşmalı idi. 

0444e7d6cdcb6672efc0bd6f19cce564.jpg (110 KB)

Aprelin 15-də Rusiya nümayəndə heyəti Putinə 17 səhifəlik saziş layihəsi göndərib. Qəzet qeyd edir ki, müqavilənin ilk səhifələrində tərəflər “ortaq mövqeyə gəliblər:

Nəşr yazır ki, Ukraynanın ən ciddi etirazı qarant ölkələrlə bağlı beşinci bənd olub. Belə ki, Rusiya sənədin əvvəlki variantda olan “Ukraynaya təcavüz, hər hansı silahlı hücum və ya hərbi əməliyyat durumunda təcili məsləhətləşmələrdən sonra Ukraynaya hərbi yardım göstilərəcəyi” haqda bəndi dəyişib. Rusiya istəyib ki, Ukraynaya hücum olarsa, hərbi yardım yalnız “bütün qarant dövlətlərin razılaşdırdığı halda” qüvvəyə minə bilər.
Kiyev isə bu bəndin bu cür dəyişdirilməsini sülh müqaviləsinin şərtlərinin pozulması hesab edib. Çünki bu bənd Rusiya Ukraynanı yenidən işğal edə biləcəyini və sonra hərbi müdaxiləyə veto qoya biləcəyi demək idi. Bundan sonra Ukrayna danışıqların davam etdirilməsində maraqlı olmadığını deyib.

Putin isə yenə bu sənəd ətrafında müzakirələrdə israr edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR