İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin indi də Polşanın ərazisinə göz dikdi-o torpaqları Stalin hədiyyə edib  

 

“Rusiya prezidenti Vladimir Putin Polşanın Ukrayna ərazisini işğal etməyi planlaşdırdığını, hətta Belarus torpaqlarına da göz dikdiyini bildirib”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya lideri bu iddiasını Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə səsləndirib.

“Polşa liderlərinə gəlincə, onlar yəqin ki, NATO çətiri altında hansısa koalisiya yaratmağı və Ukraynadakı münaqişəyə birbaşa müdaxilə etməyi gözləyirlər. Bununla onlar daha sonra özləri üçün  böyük bir parça “qoparmağı”, öz tarixi ərazilərini – bugünkü Qərbi Ukraynanı geri qaytarmağı düşünürlər”,- deyə Putin söyləyib.

Rusiya prezidenti həmin sözlərini təsdiqləyəcək heç bir dəlil gətirməyib. Üstəlik, özü Polşaya qarşı Ukraynada olduğu kimi ərazi iddiasını irəli sürüb:

"İndiki Polşanın qərb əraziləri Stalinin polyaklara hədiyyəsidir, Varşavadakı dostlarımız bunu deyəsən unudublar. Eybi yox, xatırladarıq", - deyə Putin əlavə edib.

Rəsmi Varşava Rusiya prezidentinin bəyanatlarını hələ ki, şərh etməyib.

Qeyd edək ki, bu gün Ukrayna ərazisinin təxminən 20%-i Rusiyanın işğalı altındadır. Ötən ilin sentyabrında Putin dörd vilayətin ilhaqına dair sənədlər imzalasa da, Rusiya ordusu onların heç birinə tam nəzarət etmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR