İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Finlandiya lideri ilə danışdı: Üzv olsanız...


Rusiya Prezidenti Vladimir Putinlə finlandiyalı həmkarı Sauli Niinistö telefon danışığı aparıb.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, tərəflər Finlandiyanın NATO-ya üzvlük üçün müraciət etmək niyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

Putin qeyd edib ki, ənənəvi hərbi neytrallıq siyasətindən imtina etmək səhv olardı, çünki Finlandiyanın təhlükəsizliyinə heç bir təhdid yoxdur. Ölkənin xarici siyasətində belə bir dəyişiklik uzun illər ərzində mehriban qonşuluq və tərəfdaşlıq əməkdaşlığı ruhunda qurulan və qarşılıqlı faydalı olan Rusiya-Finlandiya münasibətlərinə mənfi təsir göstərə bilər.

Putin finlandiyalı həmkarına həmçinin bildirib ki, Ukrayna ilə danışıqlar faktiki olaraq dayandırılıb, çünki Kiyev ciddi və konstruktiv dialoqda maraqlı deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR