Onlayn ictimai-siyasi qəzet
Ermənistan tərəfinin rəsmi məlumatına görə, Sankt-Peterburqda İlham Əliyevlə Nikol Paşinyan arasında qeyri-rəsmi görüş keçirilib. Tərəflər sülh gündəliyini müzakirə edib. Bu, Qarabağda erməni separatizminin ləğvindən sonra tərəflər arasında ilk görüşdür.
Musavat.com xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.
“Əsas diqqətçəkən məqam görüşün ikitərəfli formatda keçirilməsi, Putinin iştirak etməməsidir. Görünür, Sankt-Peterburqdan sonra Qərbin görüş təşkilində israr edəcəyi gözləntisinə qarşı üçüncü tərəflərin prosesdə iştirak etməməsi prinsipi qorunub. Putin üçün hazırda əsas olan görüşün Rusiyada baş tutmasıdır”.
Qeyd edək ki, 26 dekabrda Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti baş tutub.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ