İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin dəvəti, Ərdoğanın reaksiyası.. - Peskovun şərhi

"Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan mütəmadi olaraq bir-birlərini səfərə dəvət edirlər. Bu, onların yaxın və mehriban münasibətlərindən xəbər verir".

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov sentyabrın 5-də konfransda deyib.

“Ərdoğanın dəvəti qəbul edib-etmədiyini bilmirəm. Amma təbii ki, Putin hər zaman Ərdoğanı ölkəmizə dəvət edir, Ərdoğan da hər zaman Putini Türkiyəyə dəvət edir. Bu, həmişə onların münasibətlərinin nə qədər yaxın və mehriban olduğunu bir daha nümayiş etdirir”, - Kremlin sözçüsü bildirib.

Putin Ərdoğanı Türkiyə liderinin sentyabrın 4-də səfəri zamanı dincəlmək üçün Soçiyə uçmağa dəvət edib. “Dincəlmək üçün bizə uça bilərsiniz. Əks halda, biz hamımız sizə gedirik”, - Rusiya prezidenti bildirib. Buna cavab olaraq Ərdoğan “bura da çox gözəldir, bura da Qara dəniz sahilidir" deyə Putinlə razılaşıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR