İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin BU ÖLKƏYƏ gedən kimi həbs olunacaq - ŞOK AÇIQLAMA

Moldova Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əməl edəcək və Rusiya prezidenti Vladimir Putin ölkəyə gələcəyi təqdirdə onu həbs edəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Moldova prezidenti Maya Sandu “Euronews Rumıniya” telekanalına müsahibəsində bildirib.

Sandu Putinin Moldovaya gələcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin orderi tətbiq olunub-olunmayacağı sualına cavab verib:

"Bəli, Moldova Respublikası cinayət məhkəməsi ilə bağlı müqavilə imzalayıb və hökumət məhkəmənin qərarına hörmətlə yanaşacaq".

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi ukraynalı azyaşlı uşaqların qanunsuz deportasiyası ilə bağlı Putinin həbsinə order verib. Buna cavab olaraq Rusiya Federasiyası qiyabi ittiham irəli sürərək, həmin orderə imza atan prokuroru və Beynəlxalq Cinayət Məhkəməsinin hakimini axtarışa verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR