İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin: "Biz Krımı götürmək istəmirik, bu, axmaqlıq olardı..." - VİDEO

Musavat.com xəbər verir ki, sosial mediada Rusiya Prezidenti Vladimir Putinin 1999-cu ildə baş nazir olarkən etdiyi çıxış yayılıb.

Həmin çıxışda Putin, “Vzqlyad” verilişinin yaradıcılarının suallarını cavablandırıb. Suallara cavab olaraq bildirir ki, “biz Krımı götürmək istəmirik. Bu axmaqlıq olardı.” O, həmçinin qeyd edir ki, Avrasiya məkanında, xüsusilə keçmiş sovet ölkələrində gərgin və qanlı proseslərin başlanmasına səbəb ola bilərdi.

Maraqlıdır ki, 1999-cu ildə bu cür mövqe bildirən Putin illər sonra fikrini dəyişdi. Krım Rusiya Federasiyasının tərkibinə birləşdirildi və bu addım Ukraynanın dövlət müstəqilliyinə qarşı atılmış ciddi addım kimi qiymətləndirildi. Həqiqətən də, Putinin 1999-cu ildəki xəbərdarlığı müəyyən mənada reallığa çevrildi – Avrasiya məkanında və dünya miqyasında qanlı, qlobal münaqişələr baş verdi.

Musavat.com oxucularına maraqlı ola biləcəyini nəzərə alaraq, bu video parçasını təqdim edir. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR