Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Telegram-ın təsisçisi, rusiyalı sahibkar Pavel Durovla görüşmək haqqında təklifi rədd edib.
Bu barədə Baza Telegram kanalı məlumat yayıb.
RF prezidenti və Telegram sosial şəbəkəsinin sahibi eyni vaxtda Azərbaycana səfər ediblər.
Baza-nın məlumatıına görə, Rusiya prezidenti Telegram-ın təsisçisi ilə görüş təklifini Bakıya işgüzar səfərindən bir neçə gün əvvəl öz administrasiyasından alıb. Putinin görüşdən imtina etməsinin səbəbi açıqlanmır.
Pavel Durov Azərbaycan rəhbrəliyinin nümayəndələri ilə bir sıra işgüzar görüşlər keçirmək üçün paytaxt Bakıya gəlib.
Qeyri-rəsmi məlumatlara görə, Durov Bakıda sosial medianın inkişafı məsələlərini müzakirə edir.
Maraqlıdır ki, Azərbaycanın rəsmi qurumları Durovun səfəri haqqında məlumat yaymayıb.//Turan.az
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ