İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Abxaziya lideri liə telefonla danışıb, ondan dəstək alıb

Tanınmamış "Abxaziya respublikası"nın prezidenti Aslan Bjaniyanın təşəbbüsü  ilə Rusiya prezidenti Vladimir Putinlə onun arasında arasında telefon danışığı olub.

Musavat.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Söhbət zamanı Abxaziya lideri Aslan Bjaniya Rusiya rəhbərliyinin qanunun aliliyinin və konstitusiya quruluşunun qorunması, vətəndaşların təhlükəsizliyinin və ölkədə sabitliyin təmin edilməsi istiqamətində atdığı addımları tam dəstəklədiyini bildirib.

Bundan əlavə, tərəflər ikitərəfli gündəliyin digər aktual məsələlərini, o cümlədən Abxaziyanın sosial-iqtisadi inkişafı planlarının həyata keçirilməsini müzakirə ediblər.

Bundan əvvəl Aslan Bjaniya Rusiya prezidenti Vladimir Putinin silahlı üsyana cəhdlə bağlı hərəkətlərini hərtərəfli dəstəklədiyini bəyan edib. O, bəyan edib ki, respublika bundan sonra da Rusiya qarşısında müttəfiqlik öhdəliklərini istənilən şəraitdə yerinə yetirəcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR