İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin: ABŞ “sonuncu vaqona tullandı”

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Hindistan - Yaxın Şərq - Avropa İqtisadi Dəhlizinin (IMEC) yaradılması layihəsində iştirakına münasibət bildirib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin bu addımı “qatarın sonuncu vaqonuna tullanmaq” kimi xarakterizə edib.

Rusiya prezidenti layihənin bir neçə ildir müzakirə olunduğunu, ABŞ-ın ona son anda qatıldığını bildirib. Onun sözlərinə görə, IMEC-in hər hansı formada Rusiyaya mənfi təsiri yoxdur: “İnanıram ki, bu, bizə yalnız xeyir verəcək, logistikanı inkişaf etdirməyə kömək edəcək. Birincisi, bu layihə uzun müddətdir, bir neçə ildir ki, müzakirə olunur. Düzdür, amerikalılar bu qatara son anda miniblər. Amma onlar üçün bu layihədə olmağın o qədər də mənası yoxdur.Yalnız bəlkə də biznes marağı nöqteyi-nəzərindən. Bu arada malların bu dəhlizlə əlavə daşınması əslində bizim Şimal-Cənub layihəmizə əlavədir və hansısa şəkildə bizə mane ola bilməz”.

Putin xatırladıb ki, Şimal-Cənub dəhlizi Fars körfəzinə və Hindistana çıxışı təmin etməlidir: “Əgər başqa bir marşrut varsa - mənim fikrimcə, İsrail də iştirak edirsə, bu o deməkdir ki, biz Qara dənizdən keçib, sonra Aralıq dənizinə keçə və bu dəhlizdən istifadə edə bilərik. Memorandumu imzalayan həmkarlar iqtisadi tərəflərinə yaxından nəzər salmalıdılar. Bu, sadəcə niyyət memorandumudur”.

Putin layihənin çətinliklərini də sadalayıb: “Layihə çərçivəsində yüklər əvvəlcə dəmir yolu ilə dənizə çatmalı, burada yenidən gəmilərə yüklənməli, daha sonra BƏƏ və ya Səudiyyə Ərəbistanı limanlarında yenidən dəmir yoluna, oradan yenidən gəmilərə yüklənməlidir. Bu ikiqat yüklənmə bütün layihənin iqtisadiyyatına təsir edir. Bu nəzərə alınmalıdır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR