İnsanlara hürriyət, millətlərə istiqlal!

Puqaçova Rusiyaya niyə hər ay yarım milyon pul köçürür?

Sosial şəbəkələrdə müğənni Alla Puqaçovanın Rusiyanı həmişəlik tərk etməsinə baxmayaraq, hər ay oraya böyük məbləğlər köçürməyə davam etdiyi bildirildi. Məlum olub ki, müğənni müxtəlif ehtiyaclar üçün vətəninə ən azı yarım milyon rubl pul göndərir.

Məlumata görə, Alla Puqaçova Qryazi kəndindəki malikanəsində asayişi qorumaq üçün pul ödəməyə davam edir.

Məlumdur ki, evdə heç kim yaşamır, amma onlar yad adamların gizlicə içəri girə biləcəyindən narahatdırlar, ona görə də evə baxmaq üçün mühafizəçiyə ayda 150 min köçürürlər. Malikanə ətrafına baxan bağban da ayda 70 min rubl maaş alır.

"Puqaçovanın evindən bir qədər də aralıda sürücüsü İqor Polşikov yaşayır. Alla Borisovna mərhum qardaşı, ehtiyatda olan polkovnik Yevgeni Puqaçovun nəvəsi Jenyanı övladlığa götürüb. Polşikov uşaq böyütmək üçün ayda təxminən 200 min rubl alır", - "KP" məlumat yayıb.

Məlumdur ki, müğənninin Qryazdan başqa hələ də Moskvanın mərkəzində bir neçə mənzili var. Söhbət Tverskaya-Yamskayada əntiq əşyaları olan üç otaqlı mənzildən və 300 milyon rubl dəyərində qiymətləndirilən Arbat ərazisindəki mənzillərdən gedir. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR