İnsanlara hürriyət, millətlərə istiqlal!

PSJ-nin Mbappe ilə müqaviləsinin detalları

Kilian Mbappenin PSJ ilə müqavilənin detalları bəlli olub.

Qol.az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, fransalı hücumçunun Paris təmsilçisi ilə müqaviləsi daha əvvəl bildirildiyi kimi 2025-ci ilin yayına qədər deyil, bir il uzatmaq variantı ilə 2024-cü ilin yayına qədər uzadıb.

Müqaviləni bir il uzatmaq qərarı Kiliandan asılıdır. Beləliklə, 2023-cü ilin yayında PSJ Mbappenin gələcəyi ilə bağlı qərar verməli olacaq. Klub 2024-cü ildə onu pulsuz itirməmək üçün ya Kilianı müqaviləni uzatmaq bəndini razı salmalı, ya da satmalıdır

Xatırladaq ki, yayda Mbappe azad agent kimi "Real"a keçməyə yaxın idi, ancaq son anda o, PSJ ilə yeni müqavilə imzalamağı seçmişdi.

Qeyd edək ki, 23 yaşlı hücumçu bu il Paris təmsilçisinin heyətində bütün yarışlarda keçirdiyi 7 oyunda 9 qol vurub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR