İnsanlara hürriyət, millətlərə istiqlal!

Prokuror İmamoğluna iş istədi – yeni cinayət fraqmenti

Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan meri Əkrəm İmamoğlu barəsində yeni cinayət işi üzrə məhkəmə prosesi başlanıb. Məlumata görə, Türkiyə məhkəməsi 38-ci Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultayında baş verən qayda pozuntuları ilə bağlı ittiham aktını qəbul edib.

Musavat.com xəbər verir ki, ittihamda İmamoğlu da daxil olmaqla cəmi 12 nəfər yer alır.

Prokurorluq onların partiya qurultayı zamanı seçki qaydalarını pozduqlarını və nəticələri manipulyasiya etdiklərini bildirir.

Əkrəm İmamoğlunun adı, xüsusilə CHP rəhbərliyinə seçki zamanı keçirilən prosedurların pozulması, nümayəndələrin qeyri-qanuni şəkildə yönləndirilməsi və sənədlərdə saxtakarlıq kimi ittihamlarla əlaqələndirilir.

Təfərrüatlara görə, prokurorluq İmamoğlu üçün 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb edir. Həbsdə olan İmamoğlunun müdafiəçiləri isə bu işin siyasi motivlərlə aparıldığını, onun qarşıdan gələn seçkilərdə iştirakını əngəlləməyə yönəldiyini bildirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR