İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinlə bağlı SENSASİON sənədlər üzə çıxdı

“Vaqner”in rəhbəri Yevgeni Priqojin Ukrayna qüvvələrinin Baxmutdan çıxarılması müqabilində Rusiya hərbçilərinin mövqeləri haqqında məlumatı qarşı tərəfə ötürməyi təklif edib.

Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb. Qəzet bununla bağlı informasiyanın Pentaqondan sızdırılan sənədlərdən alındığını bildirir.

Sənəddə iddia olunur ki, Priqojin öz təklifini yanvar ayında Ukrayna hərbi kəşfiyyatındakı bağlantıları vasitəsilə ötürüb. İki ukraynalı mənbə jurnalistlərə rusiyalının kəşfiyyat xidməti ilə əlaqə saxladığını təsdiqləyib. Onlardan birinin sözlərinə görə, Kiyev vaqnerçilərə etibar etmədiyi üçün bu təklifi rədd edib.

ABŞ kəşfiyyatı əsasında tərtib edilən başqa bir sənəddə Priqojinin Afrikada Ukrayna hərbi kəşfiyyatçıları ilə şəxsən görüşdüyü iddia edilir. İddialara görə, görüşlərin birində o, rus qoşunları üçün sursat çatışmazlığından danışıb və Ukrayna silahlı qüvvələrinə Krıma qarşı hücuma keçməyi tövsiyə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR