İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin uğradığı aviaqəza ilə bağlı təhqiqat necə gedir? - Peskovun cavabı

Kreml Priqojinin uğradığı təyyarə qəzası ilə bağlı araşdırmanın ləng getdiyini düşünmür.

Musavat.com Rusiya mediasına istindla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Mətbuat katibi həm hadisənin özünü, həm də Tver vilayətinin səmasında baş verənlərin bütün hallarının müəyyən edilməsi prosesini “çətin” adlandırıb. "İstintaq davam edir, ona görə də indi hər hansı şərh vermək tez olardı", o deyib.

Xatırladaq ki, "Vaqner" özəl hərbi şirkətin sahibi Yevgeni Priqojin iyunun 23-24-də mərkəzi hakimiyyətə itaətsizlik göstərərək, paytaxta doğru yürüş edib, sonra yürüşünü dayandırıb. Avqustun 23-də isə 10 nəfərlə birlikdə aviəqəzada həlak olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR