İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin qalıqlarının DNT müayinəsinin nəticələri...

“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin ölüm faktını təsdiq edəcək ekspertizaların, o cümlədən genetik ekspertizaların nəticələri hələ hazır deyil”.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Peskov Kremlin Priqojinin ölümünü təsdiq edə bilib-bilməyəcəyi ilə bağlı suala cavabında bildirib ki, hələ ki rəsmi nəticələr yoxdur.

“Rusiya prezidentinin dünənki bəyanatını diqqətlə dinləmisinizsə, o dedi ki, indi bütün lazımi müayinələr, o cümlədən genetik müayinələr aparılacaq. Rəsmi nəticələr hələ ki yoxdur. Onlar hazır olan kimi dərc ediləcək”, - deyə Peskov qeyd edib.

Msuavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR