İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojin Putindən sonrakı Rusiyada yerini hazırlayır - ŞOK AÇIQLAMA

“Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojinin Rusiya müdafiə naziri Sergey Şoyquya qarşı çağırışı az qala hərbi qiyam kimi dəyərləndirlir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiyada bir çox müstəqil analitiklər və blogerlər Yevgeni Priqojinin son qaçışlarını fəal şəkildə şərh etməyə başlayıblar.

Bunlardan biri də prezident Putinin keçmiş spiçrayteri (çıxış mətnlərini yazan-red.), politoloq Abbas Qalyamovdur.

Abbas Qalyamova görə, Priqojin "sistemin uzun sürməyəcəyini anlayır".

"Təbii olaraq burada bir sual ortaya çıxır ki, Priqojin bütün bunları niyə edir? Düşünürəm ki, o, sistemin uzun sürməyəcəyini anlayır. Axı o, cəbhədədəki real vəziyyəti hər kəsdən yaxşı bilir, həm də elitadakı əhval-ruhiyyəni hiss edir. Keçmiş “Kreml aşpazı” aktiv insan kimi sadəcə olaraq, axınla getmək istəmir. İndi o, gələcəkdə Putindən sonrakı Rusiyada özünə yer hazırlamağa çalışır. Yeri gəlmişkən, Priqojinin dediklərini Rusiya müxalifətinin uzun müddətdir dedikləri ilə müqayisə etsəniz, fərqin o qədər də böyük olmadığını görərsiniz. Belə hoqqalar inqilabi vəziyyətlər yaradır", - deyə, o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR