İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojin Çikaqoda buğdanı bahalaşdırdı: Necə?

Dünya bazarında buğdanın qiymətində artım müşahidə olunur.

Musavat.com xəbər verir ki, bu gün ABŞ-ın Çikaqo birjasında 1 buşel buğdanın qiyməti 2 faiz artaraq 2023-cü ilin fevralından bəri ən yüksək həddə çatıb.

Bundan əvvəl bazar günü buğdanın qiyməti 3,2 faiz artmışdı. Buşelin dəyəri 7,65 dollara çatıb. Daha sonra qiymət bir qədər ucuzlaşıb, bu günsə yenidən artaraq 7,61 dollar təşkil edib.

Qeyd edək ki, bahalaşmaya iki amilin gətirdiyi bildirilir. Bunlardan biri Ukrayna buğdasının dünya bazarına çıxarılması yolunun - Taxıl dəhlizinin fəaliyyətinin dayandırılması gözləntiləridir. Dəhlizin işləmə müddəti iyulun 20-də bitir, Rusiya bu müddətin uzadılmaması üçün ağlagəlməz tələblər irəli sürür.

Bazar günü buğda qiymətlərini artıran səbəblərdən biri isə Bloombergə görə, “Vaqner”çilərin qiyamıdır. Belə ki, Rusiya buğda bazarının əsas oyunçularından biridir. Bu ölkədə qarışıqlıq yaranarsa, buğdanın bazara çıxışında da problem yaranar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR