İnsanlara hürriyət, millətlərə istiqlal!

"Prezidentlə xanımı hadisəni nəzarətə götürüb" - Kamran Əliyev

"Baş verən yanğından böyük təəssüf hissi keçirirəm. Prezident İlham Əliyev və Birinci vitse-pezident Mehriban Əliyeva Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsini nəzarətə götürüb".

Musavat.com xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev Perinatal Mərkəzdə baş verən dəhşətli yanğın hadisəsi ilə bağlı danışarkən deyib.

Baş prokuror yanğının baş vermə səbəbindən də danışıb:

"Baş verən yanğın elektrik mənşəlidir. İlkin məlumatlara görə, yanğında ölən uşaqlar yanıq xəsarətləri alıblar. Ekspertizanın rəyindən sonra onların ölüm səbəblərinin yanıq mənşəli olduğu, yoxsa boğulma nəticəsində olduğu bəlli olacaq".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR