Onlayn ictimai-siyasi qəzet
2022-2024-cü illərdə 2,5 milyon ev təsərrüfatına baxış keçirilib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti haqqında danışarkən deyib.
Onun sözlərinə görə, seçici siyahılarının dəqiqləşdirilməsi zamanı aydın olub ki, 2024-cu il iyunun 28-nə olan nəticələrə əsasən, Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 444 nəfər seçici var.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ