Onlayn ictimai-siyasi qəzet
Qırğızıstan ərazisində 5,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Musavat.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata əsasən, zəlzələnin episentri Qazaxıstanın Taraz şəhərindən təxminən 81 kilometr cənub-şərqdə, 8 kilometr dərinlikdə yerləşib.
Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur. Yerli fövqəladə hallar xidməti vəziyyəti nəzarətdə saxladığını bildirib.
Musavat.com
06 Oktyabr 2025
05 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ