Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Alabama ştatının paytaxtı Montqomeri şəhərində baş verən atışma nəticəsində iki nəfər ölüb, 12 nəfər yaralanıb.
Bu barədə yerli polisə istinadən "Associated Press" məlumat yayıb.
Məlumata görə, biri azyaşlı olmaqla üç nəfər ağır xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Montqomeri polis rəisi Ceyms Qraboys deyib ki, mübahisə edənlər kütlə arasında bir-birlərinə atəş açmağa başlayıblar.
Cinayətin digər təfərrüatları hələlik açıqlanmayıb.//Report
06 Oktyabr 2025
05 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ