İnsanlara hürriyət, millətlərə istiqlal!

Polisə yeni və ölçüsüz səlahiyyətlər verildi

Böyük Britaniyada etirazlara nəzarət sərtləşdirilir

Musavat.com xəbər verir ki, Böyük Britaniyanın yeni daxili işlər naziri Sabina Mahmud ölkədə etiraz aksiyalarına nəzarətin sərtləşdirilməsi barədə açıqlama verib. Nazir bəyan edib ki, hökumət polisə əlavə səlahiyyətlər verəcək və bu, əsasən kütləvi aksiyaların təşkili və keçirilməsinə yönələcək.

Mahmudun sözlərinə görə, yüksək rütbəli polis zabitləri bundan sonra mitinqlərin keçirilməsinə məhdudiyyətlər və şərtlər qoya biləcəklər — xüsusilə də bu aksiyalar təkrarlanarsa və ya ictimai asayişi pozmaq təhlükəsi yaradırsa.

Nazir iddia edib ki, yeni tədbirlər “ifadə və toplaşma azadlığını məhdudlaşdırmaq məqsədi daşımır”, əksinə, ictimai təhlükəsizlik və nizamın qorunması məqsədini güdür.

Yeni qaydaların yaxın həftələrdə parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir. Müşahidəçilər isə xəbərdarlıq edirlər ki, bu dəyişikliklər polisə ölçüsüz səlahiyyətlər verə və ölkədə siyasi etiraz mədəniyyətini ciddi şəkildə zəiflədə bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2025

05 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR