İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident və birinci xanım “Antalya Diplomatik Forumu”nun açılışında

Aprelin 11-də Türkiyənin Antalya şəhərində “Antalya Diplomatiya Forumu”nun açılış mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Tədbirdə əvvəlcə Türkiyənin xarici işlər naziri Hakan Fidan giriş nitqi ilə çıxış etdi. O, Forumun əhəmiyyətini vurğuladı, tədbirdə çox nüfuzlu qonaqların iştirak etdiyini dedi.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi. Türkiyə dövlətinin başçısı hazırda dünyada mövcud olan problemlərin müzakirəsinin vacibliyini vurğulayaraq, bu baxımdan Forumun roluna toxundu.

Qeyd edək ki, qlobal çağırışlarla bağlı müzakirələrin aparılması, onların həlli yollarının tapılması kimi məsələlərdə dünyanın aparıcı platformalarından biri olan “Antalya Diplomatiya Forumu”nda 20-dən çox dövlət və hökumət başçısı, 70-dən artıq nazir olmaqla ümumilikdə 140 ölkədən 450-dək yüksəksəviyyəli nümayəndə iştirak edir.

Forum çərçivəsində müxtəlif formatlarda keçiriləcək 50-dən artıq tədbirdə Yaxın Şərqdən Asiya və Sakit okean hövzəsinə, Afrikadan Latın Amerikasına qədər geniş coğrafiyada qlobal çağırış və təhdidlərlə yanaşı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt kimi dünya gündəmində mühüm yer tutan məsələlər ətrafında müzakirələr aparılacaq.

***

Türkiyənin Antalya şəhərində “Antalya Diplomatik Forumu”nun açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

***

Türkiyənin Antalya şəhərində “Antalya Diplomatik Forumu”nun açılış mərasimi keçirilir.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər.

***

16:00

Türkiyədə IV Antalya Diplomatiya Forumunun (ADF2025) rəsmi açılışı baş tutub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi və ölkənin Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə keçirilən tədbir bu il “Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq” mövzusuna həsr edilib.

4 mindən çox qonağın qatıldığı ADF2025-ə dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısı qatılıb. Forumda 50-dən çox ölkənin xarici işlər nazirləri də daxil olmaqla, 70-dən artıq nazir iştirak edir. Tədbirə həmçinin 60-a yaxın beynəlxalq təşkilatın nümayəndələri qatılıb.

Üç gün davam edəcək tədbirdə müxtəlif coğrafiyaları əhatə edən məsələlərin, o cümlədən iqlim dəyişikliyi, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi qlobal gündəmin önəmli mövzularının müzakirə olunacağı 50-dən çox sessiyanın keçirilməsi nəzərdə tutulur.

@@TVmusavat/112736@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR