İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident qızının milyarderlə rəqsi GÜNDƏM OLDU - VİDEO

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ilə özbəkistanlı milyarder, iş adamı Əlişir Usmanovun birlikdə rəqs etdiyi video sosial şəbəkələrdə yayılıb.

Musavat.com xəbər verir ki, sözügedən görüntülər bir müddət əvvəl Gülnarə Kərimovanın rəsmi "Instagram" hesabında paylaşılıb və artıq 6 milyondan çox izlənmə toplayıb.

Qeyd edək ki, Gülnarə Kərimova 2015-ci ildən etibarən fırıldaqçılıq, çirkli pulların yuyulması və vergidən yayınma ittihamları ilə məhkəmə tərəfindən azadlıqdan məhrum edilib. Onunla bağlı aparılan istintaq çərçivəsində 1,3 milyard dollardan artıq vəsaitin müxtəlif ölkələrdən Özbəkistana geri qaytarılması planlaşdırılır.

Əlişir Usmanov isə texnologiya, metallurgiya və media sahələrində milyardlarla dollar sərmayə yatırmış nüfuzlu iş adamıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR