İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Ərdoğandan Azərbaycana böyük diqqət: “Bunların hamısını qəlbimizə yazdıq”-Fotolar

Türkiyədə baş vermiş dəhşətli zəlzələdə axtarış xilasetmə fəaliyyətinə cəlb olunmuş yerli və xarici xilasedicilər Türkiyə Prezidenti Administrasiyasında təşkil olunmuş tədbirdə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təltif olunublar.

Musavat.com bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinə istinadən bildirir.

Tədbirdə çıxış edən Türkiyənin dövlət başçısı mərkəzi Kahramanmaraş olmaqla 11 vilayətdə baş verən zəlzələnin yalnız Türkiyənin deyil, insanlıq tarixinin ən dəhşətli fəlakətlərindən biri olduğunu vurğulayaraq 50 mindən artıq insanın təbii fəlakət nəticəsində həyatını itirdiyini qeyd edib.

Prezident Ərdoğan dost və qardaş ölkələrin Türkiyəyə göstərdiyi dəstək mövzusuna toxunaraq, “Bunların hamısını qəlbimizə yazdıq. Çətin günlərimizin dostlarını tanıyırıq. Edilən hər fədakarlığa, göstərilən bütün səylərə, hər əməyə, zəlzələdən zərər çəkənlərə uzadılan hər yardım əlinə görə minnətdarlığımızı müxtəlif şəkillərdə ifadə etməyi davam etdirəcəyik” deyə bildirib.
Çıxışların ardından yerli və xarici axtarış xilasetmə heyətlərinin təmsilçilərinə yeni təsis edilmiş “Yüksək Fədakarlıq Ordeni və Medalı” təqdim edilib.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasedici giziri Elvin İsgəndərov, Müdafiə Nazirliyi Tibb Xidmətinin polkovniki Niyamədin Ağamalıyev və zəlzələ sonrası Türkiyəyə gələn gənc könüllülərdən Ayxan Allahverdiyev Türkiyə Prezidenti tərəfindən təltif olunublar.

Türkiyənin dövlət başçısı ölkədə akkreditə olunmuş xarici diplomatik nümayəndəliklərin başçılarına, o cümlədən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədova təşəkkür məktublarını təqdim edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR