İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident bu şəxslərə nazirlikdə yüksək vəzifə verdi

Prezident İlham Əliyev Samir Məmmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Musavat.com xəbər verir ki, sərəncamda deyilir:

"Samir Qaçay oğlu Məmmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin".

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Həmçinin Prezident İlham Əliyevin digər sərəncamı ilə Fərid Əhmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Sərəncamda deyilir:

"Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin".

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Samir Məmmədov

Fərid Əhmədov

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR