İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident: "Antiterror əməliyyatı daha qısa müddət ərzində tamamlanmışdı"

"Antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər. Deyilir ki, əməliyyat 23 saat neçə dəqiqə çəkmişdir, amma, əslində, daha qısa müddət ərzində tamamlanmışdı".

Musavat.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.

Dövlət başçısı qeyd edib: “Biz nəzərdə tutduğumuz bütün mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar, məhv olacaqdılar. Başqa variant ola bilməzdi”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR