İnsanlara hürriyət, millətlərə istiqlal!

Prestijli sənətin xəstə binası ola bilməz- Azər Aydəmir  

“Azər Aydəmirin 70 yaşında kinostudiyanı dağıtdığı üçün peşman olmasını istəmirəm”.

Bu sözləri Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində kino sənayesi nümayəndələrinin iştirakı ilə keçirilən "Cinema Talks" (“Kino müzakirələri”) adlı panel müzakirəsi zamanı deyib.

Musavat.com xəbər verir ki, o, Kino Sənayesi İnkişafı fondunun sədr müavini, aktyor Azər Aydəmirin KinopArk layihəsinə etirazını bildirib.

Azər Aydəmirdən cavab gecikməyib. O, etiraza belə cavab verib:

 “Mən prestijli sənət seçmişəm. Yaşımın hər dövründə də bu sənətdən istifadə etmək istəyirəm. Hazırda qarşımızda bir pasient var. Kinomuzun, bu cür prestijli sənətin xəstə bir binası ola bilməz”.

Könül, 
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR