Onlayn ictimai-siyasi qəzet
Portuqaliyanın REN operatoru elektrik enerjisinin genişmiqyaslı kəsilməsi və sistem nasazlıqlarının səbəbinin İspaniya elektrik şəbəkəsində baş vermiş problem olduğunu bildirib.
Musavat.com xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
Şirkətin açıqlamasına görə, İspaniyada ekstremal temperatur dəyişiklikləri nəticəsində çox yüksək gərginlikli xətlərdə "anomal dalğalanmalar" müşahidə olunub. Bu vəziyyət "atmosfer mənşəli dalğalanmalar" adlanır və şəbəkələr arasında sinxronizasiyanın pozulmasına səbəb olub. Nəticədə, bütün birləşmiş Avropa enerji şəbəkəsində ardıcıl nasazlıqlar yaranıb.
REN bildirib ki, problemin mürəkkəbliyi səbəbindən elektrik şəbəkəsinin tam bərpası bir həftəyə qədər vaxt apara bilər.
Musavat.com
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ