Onlayn ictimai-siyasi qəzet
Ukraynanın keçmiş lideri Poroşenko Donald Tramp və Vladimir Zelenski üçün beş əsas "qırmızı xətt" irəli sürüb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da keçirilən prezident seçkilərində Donald Tramp qələbə qazanan kimi Ukraynanın sabiq lideri Poroşenko dərhal ona və həmçinin Zelenskiyə tələblər irəli sürüb.
Poroşenko öz Telegram kanalında yazıb: “Təkcə Ukraynanın deyil, bütün azad dünyanın müəyyən etdiyi qırmızı xətlərdə israr edirəm”.
Bu xətlərin təfərrüatları nədən ibarətdir?
İlk olaraq keçmiş prezident suverenlik məsələsində kompromisə getməməyi və Ukraynanın yenidən Rusiya təsir zonasına düşməsinin qarşısını almağı tələb edib. Daha sonra Poroşenko Ukraynanın işğal olunmuş ərazilərdə Rusiya statusunu tanımayacağını vurğulayıb.
Üçüncü “qırmızı xətt” isə Kiyevin ordunun gücünü məhdudlaşdırmaması tələbidir. Poroşenko həmçinin Qərbin Ukrayna əraziləri geri qaytarılmayana qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməməsi üçün çağırış edib.
Və nəhayət Poroşenko bütün gücü ilə Ukraynanı NATO-ya üzv etmək niyyətindədir.
Bununla bağlı olaraq onun beşinci “xətti” belədir: "Biz Trampı müharibənin dayandırılmasının Ukraynanın NATO-ya üzvlüyü olmadan mümkün olmadığına inandırmalıyıq", - deyə siyasətçi bildirib.
Ukraynanın "Strana.ua" nəşri yazır ki, Poroşenko bu bəyanatları ilə cəbhə xətti üzrə müharibənin dayandırılmasına, lakin işğal olunmuş ərazilər üzərində Rusiya yurisdiksiyasının tanınmamasına faktiki olaraq çağırış edir. Lakin o, Ukraynanın qalan hissəsində dövlətçiliyin mövcud vəziyyətdə qorumaq və NATO-ya üzvlüyü təxirə salmağı nəzərdə tutur.
"İlk saatlarda əlimdə silah mən buradaydım. Bütün hakimiyyət Kiyevdən qaçanda biz batalyonları yaratdıq. 206-cı batalyon çərçivəsində Buça, Qostomel, İrpenin təxliyəsini, blokpostların qurulmasını, silah paylanmasını və nəhayət Kiyevin müdafiəsini təmin etdik”, - deyə siyasətçi bildirib.
İqbal RZAYEV,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ